İran

Azərbaycan Ordusuna dəstək verən məhbuslar azadlığa buraxıldı

İkinci Qarabağ savaşında Ərdəbildə Azərbaycana ordusuna dəstək vermək üçün küçəyə çıxan 10 nəfər azadlığa buraxılıb. Belə ki, azər ayının 29-da ikinci Cinayət Məhkəməsinin 106-ci şöbəsi tərəfindən tutuqlanan şəxslər barəsində təqibsizlik qərarı verilib. Bununla da Mərziyə Cəvanşir, Mehrdad Əlayi, Əli Məali Təqi Dizəc, Məhəmməd Riza Əbdian, Ramin Danəndə İrdmusa, Ramin Xorşidi Zəngbar, Şəmsəli Məhəmmədi Bərgəsəran, Əhməd Məhəmmədpur, Puya Həsənxani və Dariyuş Niyazi Şiran cinayət məhkeməsinin incələnmə qanununun 341-ci maddəsinə əsasən azadlığa buraxılıb.
Qeyd edək ki, adıçəkilən şəxslərə qarşı “əmniyyətə qarşı cinayət törətmək üçün qurulan toplanışda iştirak etmək”, “qarışıqlıq yaratmaqla ictimai asayişi pozmaqda iştirak” və “xidmətdə olarkən hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı üsyan çıxarmaq” ittihamları irəli sürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button