Azərbaycanİran

Güneyli etirazçı təhlükəsizlik təcridxanasına köçürülüb

İranda son etiraz aksiyalarında həbs edilən güney azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadə Tehranın təhlükəsizlik idarəsinin təcridxanasına köçürülüb.

Bu barədə məluimat verən gəncin ailəsi rəsmi və əlaqədar dövlət qurumlarına müraciətlərinə baxmayaraq heç bir cavab ala bilmədiklərini deyiblər.

Onlar bildiriblər ki, bir həftədən çoxdur övladlarının vəziyyətindən xəbərsiz olduqları üçün Səhəndin həyatından nigərandırlar.

Qeyd edək ki, Tehranın İnqilab Məhkəməsi güneyli idmançı Səhənd Nurməhəmmədzadəni öncə edama edama məhkum edib.

O, barəsində çıxarılan qərardan şikayət etdikdən sonra ölüm hökmü 10 il azadlıqdan məhrumetmə, 5 il sürgün və 74 şallaq cəzası ilə dəyişdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button