İran

ÖLKƏDƏ DİN ARXASINDA GİZLƏNƏNLƏR MİLLƏTİN HƏYATINA NİYƏ BİGANƏDİR?

Dünən Həzrət Əlinin şəhadətinin il dönümü münasibəti ilə bir neç şəhərdə əzadarlıq mərasimləri keçirildi. Qum, Ərdəbil və Təbriz kimi şəhərlərdə onlarca insan ictimai məsafəni diqqətə almayaraq xiyabanlara axışdı. Korona virusu yenidən çoxalmağa başlayıb. Təbriz-də isə daha da artıb. Dini və məxsusən şiə imamlarıyla bağlı məsələ olunca bu vəziyətdən narahat olan insanlar da heç bir etiraz edə bilmədi. Məzhəbi insanların linçindən qorxan mötərizlər etirazlarını sosyal medya vasitəsi ilə çatdırdı. Onlarla gəncin Təbriz-in Vəliəsr məhəlləsində bir araya yığışıb əzadarlıq eləməsi və vətəndaşlarin buna tamaşa etməsi görənləri şaşırtdı.

Təbriz-in Vəliəsr məhəlləsində çıxan mərasimin görüntüsü sosyal medyada geniş yayıldı. Məsələylə bağı açıqlama verən Təbriz-in məzhəbi heyətləriylə bağlı məsulu Hadi bildirdi ki, belə bir dəstəyə izin verməyiblər. Gənclər belə işi öz istəkləri ilə həyata keçirib. Məzhəbi heyətlər əsasən hakimiyyətə və özəlliklə Sipah quvvəsinə bağlı bir təşkilat sayılır. Gizli və açıq bir şəkildə çoxlu maddi dəstək təşkilat gənc nəslin üstündə böyük təsirə sahibdir. Məzhəbi heyətlərin kontrolu çətin olsa da təcrübəyə görə əsla hakimiyyətə qarşı etirazına izin verilməz. Yəni bu təşkilatdan hər zaman təkcə bir siyasi səs çıxar o da hakimiyyət və başda Əli Xamneyi-ni tərifləmək. Bu təşkilat özəlliklə İranın xarici işləri misal üçün Suriyə projəsini də ciddi bir propaqanda projəsi kimi dəstəkləyir.
Bu təşkilatın düzənli bir şəkildə həftəlik proqramı var. Şiələrin yaşadığı qonşu ölkələrdə də ciddi olaraq projələrini irəli sürür. Azərbaycan cumhuriyyətində insanların dini inancını istismar edən bu təşkilat ictimayi medya vasitəsi ilə peşəkar bir şəkildə təbliğat və propaqanda işlərini həyata keçirir.Bu təşkilatın tamamən siyasi amaclar əsasında qurulmasına bir necə örnək göstərmək olar. Onlar Qarabağ məsələsində İran-ın Müsəlman Azərbaycanın yerinə, Ermənistanın yanında durmasına tək bir söz deməyib.

Related Articles

Bir cavab yazın

Back to top button