İran

İranda SEPAH-ın daha bir polkovniki sui-qəsdə uğradı

İran İslam İnqilabının Keşikçiləri Korpusunun Qum əyalətindəki idarəsinin dünən Qum şəhərində güllələnərək öldürülən şəxsin SEPAH-ın zabiti olmasını təkzib etməsinə baxmayaraq, onun hərbi mərasimlə torpağa tapşırılması ilə bağlı xəbərlər dərc edilib.

Məlumata görə, mərasimdə SEPAH-ın zabitləri iştirak edib və öldürülən şəxsə hərbi himn səsləndirilib. Bununla yanaşı, onun dırnaqarası “əmniyət şəhidi” olması ilə bağlı söz-söhbət də yayılıb.

SEPAH-ın Qum əyaləti üzrə “Əli ibn Əbu Talib” İdarəsinin mətbuat xidməti iyunun 7-də yaydığı bəyanatda öldürülən şəxsin “SEPAH”çı olması ilə bağlı yayılan xəbərlərin yalan olduğunu iddia edib.

SEPAH-ın yaydığı bəyanatda iddia olunduğuna görə, öldürülən həmin şəxs narkotik qaçaqmalçıları ilə silahlı münaqişə zamanı qaçaqçılardan birinin açdığı atəş nəticəsində qətlə yetirlib.

Related Articles

Bir cavab yazın

Back to top button