İran

İranda baş redaktor həbs edildi

"Tecarət News" xəbər saytının bş redaktoru, jurnalist və ictimai fəal Mərziyə Mahmudi İran məhkəməsi tərəfindən 24 milyon tümən cərimə ödəməyə və bir il müddətinə sürgün cəzasına məhkum edilib.

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıblar.

O, etiraz aksiyalarında iştirak edən qadınları təhqir edərək fahişə adlandıran molla və keçmiş millət vəkili Həmid Rəsayinin şikayəti əsasında cəzalandırılıb.

Mərziyə Mahmudi mollanın təhqirinə cavab olaraq özünün sosial media hesabında paylaşım edib və onu tənqid etmişdi.

Qeyd edək ki, İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 100-ə yaxın jurnalist həbs edilib.

Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən “Şərq” qəzetinin əməkdaşlarının da adı var.

Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da çox sayda jurnalist həbsdə saxlanılır.

Related Articles

Bir cavab yazın

Back to top button