Dünya

İsveçrənin Bazel şəhərində “Ümumdünya Sionist Konqresi”nin 125-ci ildönümü keçirilir

Dünyanın müxtəlif ölkələrindən 1400 yəhudi şəxsiyyət bazar günü, avqustun 27-də İsveçrənin Bazel şəhərində "Ümumdünya Sionist Konqresi"nin 125-ci ildönümünü qeyd etmək üçün toplaşıb.

İsrail prezidenti İsaak Hersoq da bu mərasimdə iştirak etmək üçün İsveçrəyə gedib.

İsveçrəyə səfərinin əvvəlində İsaak Hersoq tvitter hesabında tarixi hadisənin “yəhudilər və bütün bəşəriyyət üçün həlledici dönüş nöqtəsi” olduğunu bildirib.

Tarixi Sionist Konqresinin 125-ci ildönümünə həsr olunmuş mərasimlər üç gün ərzində Bazeldə keçiriləcək. Bu mərasimdə başda Qərb ölkələrindən olmaqla dünyanın bütün mühüm yəhudi təşkilatlarının rəhbərləri və rəsmiləri iştirak edir.

İsveçrə federal hökuməti Bazeldə keçirilən üç günlük toplantının təhlükəsizliyi üçün təxminən altı milyon avro dəyərində büdcə ayırıb.

1897-ci ildə təsis edilən “Ümumdünya Sionist Konqresi”nin banisi avstriyalı yəhudi jurnalist və mütəfəkkiri Teodor (və ya Benjamin Zeo) Hertzeldir.

O, “Ümumdünya Sionist Konqresi”nin ilk toplantısında vurğulamışdır ki, yəhudilərin müstəqil dövlət qurması mümkündür və xüsusilə Avropa yəhudiləri nüfuzlu dövlətlərlə qarşılıqlı əlaqədə öz məqsədlərinə çata bilərlər.

Related Articles

Bir cavab yazın

Back to top button