
Bu barədə Təbrizin “Azərəncümən” xəbər saytı məlumat yayıb.
“Bu cür yanlış statistikanın verilməsi hökumətin əyalətə kifayət qədər diqqət yetirməməsinə səbəb olacaq.
Hazırda Şərqi Azərbaycanda universitet məzunları arasında işsizlik səviyyəsi olduqca yüksəkdir”,- millət vəkili bildirib.
Qeyd edək ki, İbrahim Rəisi Təbrizə səfəri zamanı Şərqi Azərbaycan əyalətində işsizlik səviyyəsinin sıfıra endiyini və bu problemin onun hakimiyyəti dövründə tamamilə aradan qaldırıldığını iddia edib.