Dünyaİran

“İran Livanın “Hizbullah”ına hər il 700 milyon dollar yardım edir”-Yoav Qallant

İran Livanın "Hizbullah" terror qruplaşmasına hər il 700 milyon dollar yardım, o cümlədən dəqiq idarə olunan döyüş sursatları kimi "strateji bilik və silahlar" verir.

Bunu İsrailin müdafiə naziri Yoav Qallant keçirdiyi mətbuat konfransında deyib.

O, bununla yanaşı İran hökumətinin hər il “Həmas” təşkilatına 100 milyon dollar, “Fələstin İslami Cihad” təşkilatına 10 milyonlarla dollar yardım etdiyini söyləyib.

İsrailin müdafiə naziri həmçinin xəbərdarlıq edib ki, İsrail üçün çox cəbhəli müharibə ehtimalı məhdud münaqişədən qat-qat yüksəkdir.

“Bu, məhdud münaqişələr dövrünün sonudur, biz eyni vaxtda bütün cəbhələrdə real təhlükənin ola biləcəyi yeni təhlükəsizlik dövrü ilə üz-üzəyik”,- Qallant bildirib.

İranın hər zamandan daha çox nüvə silahı əldə etməyə yaxın olduğunu deyən müdafiə naziri bunun qarşısını almaq üçün hərbi variyanta və ya etibarlı hərbi təhdidə əl atmağın çıxış yolu olduğunu deyib.

Related Articles

Bir cavab yazın

Back to top button