Dünya

TRAMP ETİRAZÇILARA QARŞI ORDU GÖNDƏRDİ

Amerikanın bir sıra böyük şəhərlərində iğtişaşlar başlayıb.

Buna səbəb Minnesota əyalətinin Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümü olub.

Etirazlar Feniks (Arizona), Denver (Kolorado), Las Veqas (Nevada), Los Anceles (Kaliforniya), Atlanta (Corciya), Hyuston (Texas) şəhərlərində keçirilir. Bu iğtişaşlarda minlərlə insan iştirak edir.

Əvvəlcə etirazlar dinc məzmunda olub, sonra etirazçılar dağıntılar törətməyə və polis maşınlarına atəş açmağa, mühafizəçilərə daş və şüşə atmağa başlayıblar.
Mediada yayılan məlumatlara görə, ən azı 3 əmniyyət keşikçisi yaralanıb. Minneapolisdə fəallar bir polis bölməsinə atəş açıblar.

Etirazçılar həmçinin mağaza və dükanları talan edir.

Xatırladaq ki, Minneapolisli afrika-amerikalı Corc Floyd saxta sənədlərdən istifadə etməkdə günahlandırılaraq tutulub. Saxlanılarkən polis dizini onun boğazına dirəyib, kişi mayın 25-də mərizxanada ölüb. Hadisə Minneapolisdə iğtişaşlara səbəb olub. Şəhər hakimiyyəti fövqəladə rejim və iztirari saatı tətbiq edib.

Amerika prezidenti Donald Tramp Milli Qard qoşunlarını Minnesota əyaləti göndərib. Polis əməkdaşı Derek Şoven afroamerikalıın ölümündə günahlandırılaraq həbs olunub. Son məlumatlara görə, polisin həyat yoldaşı boşanmaq üçün ərizə vermək qərarına gəlib.

Related Articles

Bir cavab yazın

Back to top button