İran

Mərkəzi əyalətdə torpağın münbitliyi artırılıb

Mərkəzi əyalətdə su qaynaqlarının qorunması ilə bağlı icra edilən tərhlər torpağın yararsız hala düşməsini hər hektar üzrə 4 ton azaldıb. Bu barədə bəhmən ayının 15-də Mərkəzi Əyalətin Təbiət Qaynaqları Baş İdarəsinin rəisi Əbdül Hüseyn Məhəmmədi bildirib. Onun sözlərinə görə, təbii ərazilərdə hər hektar üzrə torpağın yararsız hala düşməsi illik 14 ton olub. Əyalət ərazilərində hər hektar üzrə 1000 mükəəb-metr axar suların toplanması ilə daşqınların qarşısı alınıb. Beləliklə, yeraltı su qayanaqlarının da həcmi artıb. Məhəmmədi bəhmən ayının 9-dan başlayaraq Ərak, Şazənd, Zərəndiyyə və başqa əyalətlərdə layihələrin icrasına başlanıldığını bildirib. əyalətdə su qaynaqlarının qorunması və meşəliklərin salınması ilə bağlı 11 layihə icra olunur. Hüseyn Məhəmmədi Ərakın Gerdu dərəsində 200 hektar sahəni əhatə edən meşəliyin salındığını açıqlayıb. Bu ərazinin gələn il ölkənin turizm layihələrindən birinə çevrilə biləcəyini diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button