İran

“Əhmədinejadın dövründə diplomatiya “Sepah” qüvvələrinə tapşırılıb”

İranlı keçmiş diplomat: Əhmədinejadın dövründən bölgəsəl diplomatiya Sepahın Qüds Qüvvələrinə tapşırılıb Məhəmməd Xatəminin prezidentliyi dövründə İran Xarici İşlər vəzirinin müavini olmuş Möhsün Əminzadə” açıqlama verib. O, Mahmud Əhmədinejadın prezidentliyi dövründən bəri İranın bölgə ilə bağlı diplomatiyasının Xarici İşlər vəzirliyindən alınaraq Sepahın “Qüds Qüvvələri”nə verildiyini deyib. Onun sözlərinə görə, bütün dünyada əmniyət və nizami orqanların vəzifəsi Xarici İşlər vəzirliyinə strateji diplomatik fəaliyyət göstərə bilmək üçün gündəlik və mühüm bilgilər verməkdir. Diplomat artırıb ki, İranın bölgəsəl diplomatiyasında bu strateji fəaliyyət 2006-ci ildən ümumiyyətlə bir-birinə dəyib və bu alanda tapşırıqlar və vəzifələr Xarici İşlər vəzirliyindən alınaraq başqa qurumlara verilib. Xatırladaq ki, bir müddət öncə İranın Xarici İşlər vəziri Məhəmməd Cavad Zərifin hələ bu postda olarkən səs yazısı yayılmışdı. O bildirirdi ki, “Qüds Qüvvələri”nin öldürülmüş başçısı Qasım Süleymani xarici siyasətə müdaxilə edirdi və “mən buna görə diplomatiyanı savaşa fəda etməli oldum”.

Related Articles

Bir cavab yazın

Back to top button