İran

AEBA İrandakı nüvə obyektlərində kameralar quraşdırır

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranda yeni kameralar quraşdırmağa başlayıb. Xarici KİV xəbər verir ki, bu barədə AEBA rəhbəri Rafael Qrossi məlumat verib.

O bildirib ki, Tehranla əldə etdiyi razılaşmaya əsasən, İrandakı bəzi nüvə obyektlərində yeni kameraların quraşdırılması prosesinə başlanılıb. Qrossi prosesin bir neçə həftə çəkəcəyini vurğulayıb.

Qeyd edək ki, ötən ilin iyununda İran bir sıra nüvə obyektlərindən müşahidə kameralarını yığışdırıb. Bundan sonra Qrossi yaranan boşluqdan narahatlığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button