Dünya

Müslüm Moin: “Kiber məkanın təhlükəsizliyi təmin edilməlidir”

“Ölkələrdə fəaliyyət göstərəcək bütün sosial şəbəkələr və xarici platformalar bu ölkənin qanunlarını qəbul etməlidir. İranda isə belə deyil. Bunun əsas səbəbi Milli İttilat Şəbəkəsinin yaradılmamasıdır”. Bu fikirləri bəhmən ayının 16-da Bəsic Qurumunun Məcazi Məkan Sazimanının məsulu Müslüm Moin səsləndirib. Onun sözlərinə görə, Milli İttilat Şəbəkəsinin yaradılması üçün gərəkli alt-quruluş, dəstgah, daxili bilim və nərm-əfzar var. Moin məcazi məkanda iş əmniyyəti məsələsindən də söz açıb. Şəbəkənin işə salınmasının məcazi məkanda iş əmniyətini təmin edə biləcəyini vurğulayıb. Hazırda məcazi məkanlardakı işlərin təhlükə altında olduğunu və xarici qurumlardan aslılığını diqqətə çatdırıb. Qeyd edilənə görə, ölkə üzrə 500 min nəfər instaqram ictimai şəbəkəsi vasitəsilə çalışır və gəlir əldə edir. Bu şəxslərin iş əmniyətinin təmini olduqca vacibdir.

Related Articles

Bir cavab yazın

Back to top button