İran

Həbi̇b Çəəbi̇n yaxınları həbs edi̇li̇b

Ərəb fəalı Həbib Çəəbin yaxını olan 22 şəxs İranın əmniyyət qüvvələri tərəfindən həbs edilib. Bu barədə İran Həbsxanaları Ətləsinin hesabatında bildirilib. Məlumat görə, Xaled Kəəb və Hüseyn Fərəcullah Çəəb Şuştər şəhərində saxlanılıblar. Əleylə kəndində isə daha 20 nəfər tutuqlanıb. İnsan Haqları fəalı Kərim Dəhimi bu tutuqlamaların Həbib Esyod ilə ilgili olduğunu bildirib.

Tutuqlanan şəxslərin ailələri Ələhvazın İttilaat İdarəsinə müraciət etsələr də, yaxınları barədə məlumat əldə edə bilməyiblər.

Xatırladaq ki, Həbib Esyod mehrin 18-də Türkiyədən İrana qaçırılıb. Türkiyə mediasında yayılan xəbərlərdə bildirilib ki, bu əməliyyat İran ittilaatının vasitəçiliyi ilə həyata keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button