İran

İran həbsxanalarında 15 məhkum edam edilib

Oktyabrın 18 və 19-da İranın Kərəc şəhərinin Qızıl Hisar həbsxanasında 10 məhkum edam edilib. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bununla yanaşı, İsfahan, Rəşt, Xurrəmabad və Zahidan şəhərlərinin həbsxanalarında da 5 məhkumun edam cəzası icra edilib.

Kərəcin Qızıl Hisar həbsxanasında edam qabağı hazırlıq üçün daha 6 məhkum təkadamlıq kameralara köçürülüb.

Qeyd edək ki, İranda son bir il ərzində 659 məhkum edam edilib.  Beynəlxalq təşkilatların hesabatına görə, İran adambaşına düşən vətəndaşların edamına və edam nisbətinə görə dünyada birinci yerdədir.

#edam #İran

Related Articles

Bir cavab yazın

Back to top button