İran

Təbrizdə Abbas Lisani və azərbaycanlı siyasi məhbusların azad edilməsinin zəruriliyi vurğulandı

Təbrizdə tanınmış milli fəal Abbas Lisaniyə dəstək aksiyası keçirilib.

Milli-mədəni fəallar şəhrivərin 21-də şəhərin müxtəlif yerlərində qrafitilər yazıb, siyasi məhbus Abbas Lisanə azadlıq tələb ediblər.

Divarlara “Lisaniyə azadlıq”, “Lisani azad olsun” məzmunlu şüarlar yazılıb. Şəhərin müxtəlif məhəllələrində divarlara yazılan mili şüarlar insanların diqqətini çəkib.

Bildirək ki, Abbas Lisani 1397-ci ilin dey ayında məhkəmə toplantısına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində həbsə alınıb.

Sonradan onu əmniyət və məhkəmə orqanları tərəfindən Ərdəbilə aparıldığı bəlli olub.

O, 15 il həbs və 2 il Yəzd şəhərinə sürgün cəzasına məhkum olunub.

Lisani indi Ərdəbil zindanında məhkumluq dövrünü yaşayır və həbs olunduğu gündən müxtəlif basqı və məhrumiyyətlərlə üzləşir.

Related Articles

Bir cavab yazın

Back to top button