Azərbaycanİran

İran rejimi qorxu içində: Təbrizdə təhlükəsizlik tədbirləri gücləndirilib

Mayın 22-i səhər saatarından başlayaraq Təbrizin bir çox bölgələrində sərt təhlükəsizlik tədbirləri tətbiq edilib.

Bununla bağlı  milli fəallar foto və videolar yayıblar.

Məlumatlardan aydın olur ki, xüsusilə şəhərin mərkəzi küçələrində çoxlu sayda polis və xüsusi təyinatlı qüvvələr və onlara məxsus texnikalar cəmləşib.

Bununla yanaşı 22 may (1 xordad) qiyamının 17-ci ildönümündə keçirilməsi nəzərdə tutulan aksiyaların qarşısını almaq üçün çoxlu sayda mülki geyimli təhlükəsizlik və polis məmurlarının da mərkəzi bölgələrə cəlb edildiyi bildirilir.

Qeyd edək ki, bir neçə gün öncədən bir sıra milli fəallar saxlanılıb.

Bir çox fəallar isə telefonla təhdid edilib.

Onlara xəbərdarlıq edilib ki, hər hansı toplantı və aksiyalara qatılsalar, ağır cəzalara məruz qalacaqlar.

Related Articles

Bir cavab yazın

Back to top button