
Bu sözləri İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun tədqiqat şöbəsinin keçmiş rəhbəri, İsrail Müdafiə Təhlükəsizliyi Assosiasiyasının hazırkı baş elmi tədqiqatçısı aparıcı təhlükəsizlik eksperti general Yossi Kupervasser deyib.
O, həmçinin bildirib ki, Tehran hökuməti bu vəsaitdən özünə bağlı qanunsuz proksi qüvvələri silahlandırmaq istiqamətində də istifadə edəcək.
“Girovların azad edilməsi üçün dondurulmuş pulun sərbəst buraxılması ilə bağlı razılaşma İranın beynəlxalq ictimaiyyəti istədiyini etməyə məcbur etmək üçün adam oğurluğu siyasəti ilə razılaşmaq deməkdir”,- Yossi Kupervasser vurğulayıb.
General Britaniya və Avropa Birliyinin hələdə SEPAH-ı terror təşkilatı kimi tanımadıqlarından təəssüfləndiyini bildirib və ABŞ hökumətinin Tehranla son razılaşmasını İranın pis niyyətli istəkləri ilə barışmaq kimi dəyərləndirib.
Qeyd edək ki, İranla-ABŞ arasında baş tutan razılaşmaya əsasən, İranda saxlanılan 5 İran əsilli amerikalı ev dustaqlığına buraxılıb və İranın dondurulmuş vəsaitinin humanitar sahələrdə istifadəsi üçün razılıq verilib.
ABŞ-ın xarici işlər naziri Entoni Blinkin isə bu razılaşmanın İrana qarşı tətbiq edilən sanksiyalarla heç bir əlaqəsinin olmadığını və sanksiyaların yumuşaldılmayacağını deyib.
Razılaşma xaricdə yaşayan iranlı müxaliflər tərəfindən də pislənilib. Onlar ABŞ hökumətinin bu addımının Tehranı başqa şəxsləri də girov götürmək üçün cəsarətləndirəcəyini deyiblər.