İran

“İcbari hicab qadınların kəramətini və azadlığını pozur”- iranlı islamşünas

Məşhur ruhani ayətulla Mahmud Taliqaninin qızı Tahirə Taliqani hicabın Quran tərəfindən əmr və göstəriş olmadığı, sadəcə bir təklif olduğunu deyib.

O, etdiyi video paylaşımında “icbari hicabın qadınların kəraməti və azadlığını pozduğunu” deyərək hakimiyyəti qadınlara qarşı “təhqiramiz davranışa və şiddət göstərməyə” son qoymağa çağırıb.

“Quranın cəmi 2 surəsi və 6 ayəsində keçən hicab barədə ifadələr birincisi kişilərə gösətrişdir və kişilərə gözlərini aşağı salmağa, baxmamağa və göz dikməməyə çağırır” – deyə Tahirə Taliqani bildirib.

İslam üzrə təhqiqatçı sözlərinin davamında deyib: “müsəlmanların müqəddəs kitabı qeyri müsəlman qadınlar və hətta müsəlman qadınların hicabız ola biləcklərini mümkün bilir”.

Taliqani həmçinin icbari hicaba riayət etməyənlər barədə qanunun mövcudluğunu deyənlərə etirazını bildirib:

“qanun ümum xalqın istəyi olduğu, sosial cəmiyyətin ənənəsinə uzlaşdığı   halda icra oluna bilər. Əks təqdirdə doğru deyil”

Xatırladaq ki, ayətulla Mahmud Taliqani İran İslam ًRespublikası qurulandan sonra Tehran şəhərinin ilk cümə namazı imamı olub.

O, Güney Azərbaycanda böyük lider Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulumuş Milli Hökuməti çökdürmək üçün göndərilən Şah ordusunun əsgərlərini Təbrizə yola düşərkən Quran altından keçirərək ordunun uğurlu olması üçün dua edib.

Related Articles

Bir cavab yazın

Back to top button