Dünya

Dünyada tələbatla bağlı narahatlıqlar səbəbindən neft ucuzlaşır

Neftin qiyməti çərşənbə axşamı səhər saatlarında ucuzlaşır, investorlar koronavirus pandemiyası zamanı xammala tələbatın qısamüddətli perspektivlərini qiymətləndirirlər.

Bunu sövdələşmə məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 09:57-yə olan məlumata görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,84% azalaraq bir barel üçün 48,38 ABŞ dollarına, WTI markalı neftin yanvar fyuçersləri isə 0,74% azalaraq bir barel üçün 45,42 ABŞ dollarına düşüb.

Neftin qiyməti çərşənbə axşamı son bir neçə ayın ən yüksək göstəriciləri ilə enməyə davam edir. Riskli aktivlərə belə tələbatı kəskin artmasına səbəb olan və xammal tələbatı ilə bağlı narahatlıqları azaldan peyvəndlə bağlı xəbərlərin təsiri azalır və epidemioloji vəziyyətlə bağlı yeni narahatlıqlar meydana çıxır.

“Pandemiya ilə bağlı vəziyyət ABŞ-ın və Avropanın bir çox yerində dağıdıcı təsirin davam etdirir. Bu da yaxın gələcəkdə tələbatla bağlı əhval-ruhiyyəyə təsir edir”, – “National Australia Bank”ın Xammal sektorunda araşdırmalar şöbəsinin rəhbəri Laxlan Şou “Reuters”ə açıqlamasında bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button