Azərbaycan

Azad edilən ərazilərdə daha 102 hərbi sursat zərərsizləşdirilib

3-6 dekabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə 35 müraciət daxil olub. Daxil olmuş çağırışlar əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən 30 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 178 ədəd partlamamış hərbi sursat, 13 ədəd tank əleyhinə mina, 25 ədəd piyada əleyhinə mina, 6 700 ədəd müxtəlif çaplı patronlar, 12 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Agentliyin partlayış qrupu tərəfindən 102 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button