Azərbaycan

Türkiyə hökuməti Ağdamın işğaldan azad edilməsini alqışlayır

Türkiyə hökumətindən verilən məlumata görə, qardaş ölkə Ağdam şəhristanının erməni işğalından azad edilməsini alqışlayır.
Qeyd olunub ki, Ağdam şəhristanının işğaldan azad edilməsi təkcə Azərbaycan üçün yox, həm də Türkiyə üçün önəmli hadisədir:
“Biz Azərbaycan xalqını uzun illər Ermənistanın işğalında qalmış Ağdamın azad edilməsi münasibətilə təbrik edirik. Türkiyə işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması prosesini diqqətlə izləyir”, – deyə Türkiyə hökumətindən bildirilib.
Qeyd edək ki, Azərbaycan cümhurisinin Prezidenti, Ermənistan cümhurisinin baş vəziri və Rusiya Federasiyonunun Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri novambrın 20-də Ağdam şəhristanına keçib.

Related Articles

Bir cavab yazın

Back to top button