Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

İran rejimi Güney Azərbaycanda qızıl mədənini daha sürətli talamaq üçün meşəni məhv edir

 İrqçi fars-molla rejimi Güney Azərbaycanın Vərziğan bölgəsində qızıl mədənini talamaq üçün meşə zolağını məhv edir.

Daha çox Əndirgan Qızıl Mədəni ətrafında meşə zolağı dağıdılır və minlərlə ağac kəsilib.

Bu, son həftə ərzində ekoloji problemlə bağlı fəalların yaydığı ikinci xəbərdarlıqdır.

Bir neçə gün əvvəl tanınmış güneyli ekoloq Əhməd Bayburdi də özünün sosial media hesabında məlumat məsələ ilə bağlı paylaşım edib.

“Bu qiymətli bitki örtüyünün aradan aparılması, şübhəsiz ki, regionun ekosisteminə mənfi təsir göstərəcək”,- Bayburdi xəbərdarlıq edib.

Qeyd edək ki, Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunsa da, mədən istismarçıları buna riayət etmir.

Related Articles

Bir cavab yazın

Back to top button