Azərbaycanİran

Millifəallar ETTELAAT idarəsinə çağırılıb

Təbriz və Urmu şəhərlərində yaşayan milli-mədəni fəalar telefon vasitəsilə İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) yerli bölməsinə çağırılıblar.

Fəalların verdiyi məlumata görə, təhlükəsizlik məmurları Təbrzidə Sara Turi və Urmuda Əşkan Səadətmehrə zəng edərək onlardan bir sıra sualları cavablandırmaq üçün ETTELAAT idarəsinə getmələrini istəyiblər.

Qeyd edək ki, son günlər güney azərbaycanlı mədəni fəallara qarşı təzyiqlər artıb.

Onlarla fəala zəng edilərək ETTELAAT-ın yerli bölmələrinə gəlmələri tələb olunub.

Son həftə ərzində tanınmış xanım yazıçı və şairlər – Ruqəyyə Kəbiri və Nigar Xiyavi, sənətçi və bədii qiraətçi Rza Əsbəqi, mədəni fəal Vəhid Əbhəri təhlükəsizlik idarəsinə çağırılıblar.

Bunun, Urmu gölü ilə bağlı keçirilən aksiya və 2022-ci ilin sentyabrından başlayan etiraz aksiyalarının ildönümünün yaxınlaşması ilə əlaqəli olduğu ehtimal edilir.

Related Articles

Bir cavab yazın

Back to top button