Dünya

Qətərdə azərbaycanın qələbəsi münasibətilə avtoyürüş keçirilib

Qətərdə yaşayan azərbaycanlılar işğal altında olan torpaqlarımızın azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün bərqərar edilməsini yüksək sevinc hissi ilə qarşılayıblar.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanın şanlı qələbəsi münasibətilə Qətərdəki Azərbaycan diasporunun təşkilatçılığı ilə Doha şəhərində müşın yürüşü təşkil edilib. Azərbaycan, Türkiyə və Qətər bayraqlarının dalğalandırıldığı tədbirdə uşaqdan böyüyə hər kəs “Şuşa Azərbaycandır”, “Qarabağ Azərbaycandır”, “Biz qalibik” kimi şüarlar nümayiş etdiriblər. Həmvətənlərimiz Qarabağın gözü olan Şuşa şəhərində, eyni zamanda işğaldan azad olunmuş başqa torpaqlarımızda üçrəngli bayrağımızın dalğalandırılmasından qürur duyduqlarını və qazanılan qələbəyə görə şanlı Azərbaycan Ordusuna, Azərbaycan cümhurisinin Prezidenti, Müzəffər Ali Baş fərmandeh İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Hər üç ölkənin bayraqları ilə bəzədilmiş otomobil karvanı şəhərin küçələri boyunca hərəkət edib.

Related Articles

Bir cavab yazın

Back to top button