İran

İranda son etirazlar zamanı həbs edilənlərin taleyi necə olacaq?

Jurnalistlərin Müdafiəsi Komitəsi ötən günlərdə həbs edilən abadanlı jurnalist və şair Arəş Qalagülabın təcili azad edilməsinə çağırış edib.

Bununla yanaşı, İran Yazıçılar Birliyi Arəş Qalagülab başda olmaqla Xuzestan əyalətinin şəhərlərində baş tutan etirazlar zamanı həbs olunanların vəziyyəti ilə bağlı narahatlığını ifadə edib.

Abadan etirazları şəhərdəki 10 mərtəbəli Metropol binasının çökməsindən və indiyə qədər 38 nəfərin cəsədinin dağıntılar altından çıxarılmasından sonra şiddətlənib və Xuzestan əyalətinin digər şəhərlərinə də yayılıb.

Hökumət qüvvələri nümayişlər qarşısında əvvəlki etirazlarda olduğu kimi amansız mövqe tutaraq, əhaliyə qarşı gözyaşardıcı qazdan istifadə edib, bəzi hallarda isə insanlara birbaşa atəş açaraq narazı əhalini dağıtmağa çalışıb.

Bundan başqa, sosial mediada onlarla insanın repressiv əmniyət qüvvələri və mülki geyimli polislər tərəfindən döyülərək həbs edildiyinə dair onlarla video yayılıb.

Related Articles

Bir cavab yazın

Back to top button