İran

İranda hökumət məmurları 12 yaşlı uşağı oldürüb

İranın Hormozqan əyalətində hökumət mmurlarının minik avtomobilinə açdığı atəş nəticəsində 12 yaşlı Səha etibari həyatını itirib.

Hadisə dekabrın 25-i Hormozqan əyalətinin Lamərd-Bəstək yolunda baş verib.

Minik avtomobilinin məmurların dayan əmrinə tabe olmadığı üçün atəşə tutlduğu bildirilir.

Hormozqan əyalətinin polis rəisi polkovnik Mehrdad Müşəvviq atəşə tutulan minik avtomobilində narkotik maddə daşındığını iddia edib.

O, hadisə barədə fərqli məlumat yayan medianı düşmənlərə xidmət etməkdə ittiham edib və onlara qarşı ölçü götürüləcəyi ilə hədələyib.

Related Articles

Bir cavab yazın

Back to top button