Azərbaycan

Güneyli milli fəal iki il həbsə məhkum edildi

Güney azərbaycanlı milli- mədəni fəal Babək Kiyumərs iki il həbs cəzasına məhkum edilib.

Güney azərbaycanlı milli- mədəni fəal Babək Kiyumərs iki il həbs cəzasına məhkum edilib.

“Aznews tv”  xəbər verir ki, Güney Azərbaycanın Culfa şəhər sakini olan fəal barəsində həbs qərarı Təbriz İnqilab Məhkəməsinin 3 saylı şöbəsinin hakimi Fəthnejad tərəfindən çıxarılıb.

Məhkəmə qərarı şifahi şəkildə Babək Kiyumərsin vəkilinə bildirilib. Onun təcridxanada keçirdiyi günlər də həbs müddəti kimi hesablanacaq.

Xatırladaq ki, Babək Kiyumərs ötən il digər milli fəal Səid Sultani ilə birlikdə Culfa şəhərində iş yerlərində əmniyət gücləri tərəfindən tutularaq Təbrizin ETELAAT İdarəsinin zindanına salınmışdı.

Bir müddət sonra onlar hər biri 500 milyon tümənlik girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

Related Articles

Bir cavab yazın

Back to top button