İran

İran həbsxanalarında 4 məhkum edam edildi

İranın Kərəc şəhərinin Qızılhasar və Şiraz şəhərinin Adilabad həbsxanalarında 4 məhkum edam edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumatda Kərəcin Qızılhasar həbsxanasında edam edilənlərin İqbah Fəthullahi və Möhsün İmrayi,  Şirazda edam hökmü icra edilənlərin isə Rza Rəstxiz və Adil Daməni olduqları bildirilib.

Məhkumlardan üçü narkotik maddələrin alverində, biri isə adam öldürməkdə günahlandırılıb.

Xatırladaq ki, 2023-cü ilin aprel ayından oktyabrın sonuna kimi İranda ən azı 419 nəfər edam edilib və bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30% artımdır.

Related Articles

Bir cavab yazın

Back to top button