İran

Qanunsuz məskunlaşan şəxslər Tehrandan çıxarılır

Tehranda yaşayan əfqanıstanlılar və başqa ölkə vətəndaşları ilə bağlı yeni plan hazırlanıb.

Bunu Tehran əyalətinin icra başçısı Əlirza Fəxari deyib.

O, İranda olan xarici ölkə vətəndaşlarının 50%-nin Tehran əyalətində məskunlaşdıqlarını söyləyib: “Tehranda qeyri-qanuni yaşayan xaricilərin həbs və deportasiya edilməsi ilə bağlı plan hazırlanıb və bu, qəti şəkildə icra ediləcək. Həmçinin qanuni yaşayış icazəsi olanlarla bağlı da plan hazırlanıb. Onlara da nəzarət güclənəcək”.

İranda təxminən 3.5 milyon əfqanıstanlı yaşayır. 2021-ci ildən Taliban hökuməti ilə İran arasında başlayan gərginlik səbəbindən qaçqınlara qarşı təzyiqlər artaraq, onların ölkədən çıxarılması işləri sürətləndirilib.

Related Articles

Bir cavab yazın

Back to top button