Dünya

Sanksiyalardan sonra Amerika vətəndaşları Yəməni tərk edib

Amerikanın Husilərə qarşı ehtimal olunan təhrimləri nəticəsində Amerika vətəndaşları Yəmənin quzeyindən çıxıblar. Bu barədə “Foreign Policy” qəzetində məlumat verilib. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatında və sair qeyri-dövlət yardım sazimanlarında işləyən 12 nəfərdən çox amerikalı Husi yaraqlılarının kontrolunda olan Yəmənin quzeyindəki Səna şəhərindən çıxarılıblar.
Onların Yəmənin güneyində, yoxsa Etyopinin paytaxtı Adisa Baba şəhərinə göndərilmələri barədə hələlik bəlli deyil. Birləşmiş Millətlər Təşkilatının yardımlarını yönəldən qurumun sözçüsü Zuyi Pakston bu barədə heç bir açıqlama verməyib. Ancaq o, Yəmən xalqına yardımların edilməsinin vacibliyini təkidlə vurğulayıb. Bu ölkədə insani şəraitin “mümkün ola biləcək ən pis vəziyyətdə” olduğu açıqlanıb.
Amerikanın mediaları bildiriblər ki, Amerikanın Xarici İşlər və difa Vizarətləri, habelə İran işləri üzrə Amerikanın özəl nümayəndəsi ElLiot Abrams Donald Trampın həmin təsmiminə qarşı çıxıblar.
Birləşmiş Millətlər Təşkilatının və beynəlmiləl yardım qurumları vəzifəlilərinin bir neçəsi də Donald Tramp dövlətinin həmin qərarının verəcəyi nəticələri, o cümlədən barış və yardım gedişinin pozulacağı barədə bildiriş ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button