İran

İsveç prokuroru iranlı prokuror köməkçisinə ömürlük həbs cəzası istəyib

İsveç prokuroru İsveç məhkəməsində hərbi cinayətlər və qətl ittihamları ilə mühakimə olunan 1988-cı illərdə Kərəcin “Qohərdəşt” həbsxanasının prokuror köməkçisi Həmid Nuriyə ömürlük həbs cəzasının verilməsini istəyib.

Aprelin 28-i günortadan sonra İsveçin paytaxtı Stokholmda keçirilən məhkəmə iclasında prokuror Kristina Lindof Karlson Həmid Nurinin cinayətlərinin sübuta yetirildiyini, onun çoxsayda insanın ölümündə rol oynadığını və bunun üçün ömürlük həbs cəzasına məhkum olunmasını tələb edib.

Həmid Nuri adlı 60 yaşlı keçmiş prokuror köməkçisi 2019-cu ilin noyabrında İsveç polisi tərəfindən Arland aeroportunda həbs olunub.  Xaricdə yaşayan iranlı müxaliflər onu tələyə salmaq üçün İsveçdə qızlarla əyləncə və alkaqol vəd ediblər.

1988-ci ilin iyul ayından sentyabr ayına qədər İran həbsxanalarında minlərlə siyasi məhbus edam olunub.

Ruhullah Xomeyninin bir başa göstərişi ilə bir neçə dəqiqəlik mühakimədən sonra icra olunan edam hökmləri barədə rəy verən və “ölüm heyəti” kimi tanınan 7 nəfərdən biri İranın hazırkı prezidenti İbrahim Rəisi olub.

Related Articles

Bir cavab yazın

Back to top button