İran

Möhsün Fəxrizadənin öldürülməsi ilə bağlı bir neçə nəfər saxlanılıb

İranda nüvə-fizika alimi, ölkənin müdafiə nazirinin müavini Möhsün Fəxrizadənin öldürülməsi ilə bağlı bir neçə nəfər saxlanılıb. Bu barədə İran Parlamenti sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Hüseyn Əmir Abdollahian “Al-Alam” telekanalına bildirib.
“Bir qismi təhlükəsizlik xidməti tərəfindən müəyyən olunub və hətta saxlanılıb. Qətlin həyata keçirilməsində iştirak edən şəxslər ədalətdən qaça bilməyəcəklər”, – deyə o, bildirib. Qeyd edək ki, Möhsün Fəxrizadə noyabrın 27-də Tehran əyalətində sui-qəsd nəticəsində öldürülüb. Öldürülən alim İran Müdafiə Nazirliyinin nəzdindəki tədqiqat və yeniliklər təşkilatının rəhbəri və müdafiə nazirinin müavini vəzifəsində çalışıb.

Related Articles

Bir cavab yazın

Back to top button