Azərbaycan

İran Yazıçılar Birliyi son həbslərlə bağlı bəyanat yayıb

Bəyanatda Tehran hökumətinin repressiyaları pislənilib.

İran Yazıçılar Birliyi ölkədə baş verən son həbslərlə bağlı bəyanat yayıb və Tehran hökumətinin repressiyalarını pisləyib.

Bəyanat müəllifləri xüsusilə son aylar mədəni, sinfi, ictimai fəallar və sənətçilərə qarşı zorakılıqları Tehran hökumətinin sistemli təzyiqləri adlandırıb və bunun dayandırılmasını istəyiblər.

“Basqıların artdığı və həbslərin həyata keçirildiyi bir vaxtda hökumətə bağlı mətbuat orqanları da rejimlə əlbir olub və fəallara qarşı sübut olunmamış ittihamlar irəli sürməkdədirlər”-deyə, Yazıçılar Birliyinin üzvləri İran mediasının rejimin əlində təzyiq vasitəsi olduğunu yazıblar.

Bəyanatda son günlər həbs edilən rejissorlar və 2019-cu il etirazlarında öldürülən etirazçıların ailə üzvlərinin saxlanılmasını qeyd edən İran Yazıçılar Birliyi onların dərhal azadlığa buraxılmasını tələb edib.

Related Articles

Bir cavab yazın

Back to top button