İran

Sistan və Bəlucistanda SEPAH bazası ətrafında atışma olub

İranın Sistan və Bəlucistan əyalətinin Səravan şəhərində SEPAH-ın Qüds qüvvələrinin bazası ətrafında silahlı qarşıdurma olub.

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat və videolar yayıb.

Dekabrın 22-dən 23-ə keçən gecə baş verən silahlı qarşıdurmanın dəqiq təfərrüatı və insan itkisi barədə açıqlama verilməyib.

Yayılan videolarda avtomat silahlardan davamlı olaraq atəş açıldığı görünsə də? hökumətin yerli məmurları bunu təkzib ediblər.

Onlar davamlı silah səslərinin toy mərasimi şənliyi ilə bağlı olduğunu iddia ediblər.

Qeyd edək ki, bundan əvvəl dekabrın 15-də Sistan və Bəlucistanın Rask şəhərinin polis bölməsinə hücum edilib.

Silahlı qarşıdurma nəticəsində 14 polis əməkdaşı öldürülüb, 5-i yaralanıb.

Hücumun məsuliyyətini bəlucların silahlı “Ceyşül Ədl” qruplaşması öz üzərinə götürüb. Silahlı qruplaşmanın 2 üzvü öldürülüb, biri həbs edilib, biri isə qaçıb.

Related Articles

Bir cavab yazın

Back to top button