Dünyaİran

İranda İsrailə qarşı qəribə aksiya baş verib

Tehran Universitetinin qarşısına toplaşan bir qrup qadın qazanları çevirərək Qəzzaya dəstək verib.

Qadınlar qazanın çevrilməsini İsrail dövlətinin devrilməsinin simvolik simuliyasiyası olduğunu deyiblər.

Hökumət tərəfindən göndərilən qazanlar aksiyadan sonra qadınlara mükafat kimi bağışlanıb.

Qeyd edək ki, İranda son günlər bu qəbildən olan və cəmiyyətin istehzası ilə qarşılaşan bir neçə aksiya keçirilib.

Bundan əvvəl Təhsil Nazirliyinin təşəbbüsü ilə azyaşlı uşaqlar kağızdan raketlər düzəldərək İsrail istiqamətində havaya atıblar.

#İran #İsrail

Related Articles

Bir cavab yazın

Back to top button