ABŞ dövlət katibi Mayk Pompeo bu gün Vaşinqtonda Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrı görüşlər keçirəcək.
Bu barədə ABŞ Dövlət katibinin cədvəlindən məlum olub.
Cədvələ əsasən, M.Pompeo saat 09:30-da (Bakı vaxtı ilə saat 17:30) C.Bayramovla, saat 10:30-da (Bakı vaxtı ilə 18:30) Z.Mnatsakanyanla görüşəcək.
Görüşlərin nəticələri ilə bağlı mətbuata açıqlamanın olacağı barədə məlumat verilməyib.