
Bu barədə yerli mədəni fəallar məlumat yayıblar.
Qazıntı işlərinin bir neçə nəfər tarixi əsər qaçaqmalçıları tərəfindən həyata keçirildiyi bildirilib.
Partlayıcı maddələrdən istifadə nəticəsində tarixi abidəyə ciddi ziyan dəyib.
Eradan əvvəl 1-ci minilliyə aid olan “Dəm-Dəm” qalası Səfəvilər dövründə Əmirxan Bradot tərəfindən yenidən qurularaq istifadə edilib.
Hazırda baxımsız və mühafizəsiz qaldığı üçün tarixi abidənin çox hissəsi dağılıb.
Qeyd edək ki, bundan əvvəl də adıçəkilən tarixi qalada qanunsuz qazıntı işləri aparılıb.
Yerli mədəniyyət xadimlərinin qalanın bərpası və qorunması ilə bağlı əlaqədar dövlət qurumlarına müraciətləri cavabsız qalıb.