Azərbaycanİran

İrandan Azərbaycana gətirilən 24 kq narkotik aşkarlanıb, 7 nəfər tutulub

İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən daha 7 nəfər – Həsən Hacızadə, Emil Əliyev, Rüfət Mehdiyev, Nəriman Səfərov, Hamayıl Abdullayeva, Vüqar Həsənov və Yusif Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Onlarda güclü təsirə malik 9 kiloqram heroin, 3 kiloqram “patı”, “şüşə” kimi adlandırılan metamfetamin, 12 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 800 ədəd “metadon” həbi olmaqla ümumilikdə 24 kiloqram narkotik vasitə və elektron tərəzilər aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, saxlanılanlar Səid və Abbas adlı İran vətəndaşları ilə qabaqcadan əlbir olaraq narkotik vasitələri satmaq məqsədilə əldə ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button