Azərbaycanİran

Təbrizli bəhai həbs ediləcək

Təbrizdə yaşayan bəhai Sina Şəhri həbs cəzasının icrası üçün Şərqi Azərbaycan əyalətinin prokurorluğuna çağırılıb.

Bu barədə onun ailəsi məlumat verib. Bildirilib ki, sentyabrın 24-də prokurorluqdan göndərilən çağırış vərəqəsində  onun bir həftə ərzində həbs cəzasını çəkməsi üçün Məhkəmə Qərarlarının İcrası İdarəsinə müraciət etməsi tələb olunub.
Təhlükəsizlik məmurları Sina Şəhrini 17 yanvar 2022-ci ildə Təbrizdəki şəxsi mənzilində həbs edib, evdə axtarış aparıb və onun şəxsi əşyalarını müsadirə ediblər.

O, təcridxanada dindirildikdən sonra fevralın 2-də girov qarşılığında müvəqqəti sərbəst buraxılıb.

#Tebriz #behai

Related Articles

Bir cavab yazın

Back to top button