Azərbaycan

DTX Ermənistanın tərəfində döyüşən PKK terrorçularının radiodanışıqlarını yaydı

Dövlət Təhlükəsizlik Xidməti Ermənistan ordususun tərəfində hazırda Qarabağda döyüşən PKK terrorçularının radiodanışıqlarını yayıb.

DTX-nin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata əsasən Ermənistan Azərbaycan Respublikasına qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir. DTX tərəfindən ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilib. Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq keçirdiklərini bildirirlər.

Müvafiq materialları təqdim edirik.

Related Articles

Bir cavab yazın

Back to top button