
O, sentyabrın 26-da “Mehr” xəbər agentliyinə verdiyi müsahibədə narazı kütlənni su üzündə köpüyə oxşadaraq onların cəmiyyət tərəfindən rədd ediləcəklərini deyib.
“Xalqın ətəyini bulaşdıran bu murdarlar hər zaman meydanda olan xalq tərəfindən uzaqlaşdırılacaq, atılacaqlar”-deyə, Mahmud Nəbəviyan milyonlarla vətəndaşı təhqir edib.
Onun bu ifadələri vətəndaşlar tərəfindən qəzəblə qarşılanıb və Nəbəviyana yaxın vaxtlarda rəhbərləri ilə birgə bu sözlərinə görə cavab verməli olacağı barədə xəbərdarlıq edilib.
Minlərlə sosial media istifadəçisi Tehranın millət vəkilinin dediklərini, həmdə onun rəhbəri Əli Xameneyinin fərqli düşünən və hüquqları urunda mübarizəyə qalxan milyonlarla insana qarşı baxışı və mövqeyinin göstəricisi olduğunu qeyd ediblər.