İran

İran və Ermənistan arasında iqtisadi əlaqələr genişlənir

İran və işğalçı Ermənistanın iqtisadi və siyasi sahələrdə əməkdaşlıq üçün müxtəlif imkanları var.

İranın işğalçı Ermənistanla əlaqələrindən ağız dolusu dəm vuran İranın hökumət yönümlü “Yektapress” saytı iddia edib ki, ortaq sivilizasiyaya, mədəniyyətə və bir-birinə müsbət tarixi münasibətə sahib iki ölkə olaraq iqtisadi və siyasi sahələrdə əməkdaşlıq üçün müxtəlif imkanlara malikdir.

“İran və Ermənistan qonşu ölkələrdir və bu, coğrafi sənəddir, bunu inkar etmək olmaz, lakin iki ölkə arasında əlaqələr təkcə coğrafi deyil və bu əlaqələrin tarixi 500 ildən çox əvvələ gedib çıxır. Ermənistanın dörd qonşusundan yalnız İran və Gürcüstanla açıq sərhədləri var. İran rəsmiləri də Ermənistan vasitəsilə Avropa Birliyi ölkələri ilə ticarət və siyasi əlaqələri möhkəmləndirməyə çalışırlar.

İki ölkə arasında İran qaz kəməri ilə Ermənistana qaz nəqli, elektrik enerjisi mübadiləsi və ticarət əməkdaşlığı, kənd təsərrüfatı, tikinti və sənaye məhsullarının ixracı sahələrində uğurlu əməkdaşlıq olub. Amma iki ölkə arasında hazırda 400 yüz milyon dollara yaxın olan ticarət dövriyyəsinin həcmi iki ölkə arasında mövcud olan nəhəng iqtisadi potensiala uyğun gəlmir”,-deyə yazıda qeyd olunur.

Ermənistan Milli Tarix Akademiyasının prezidenti və Ermənistanın Tarix İnstitutunun direktoru Aşot Melkonyan İran-Ermənistan münasibətləri, xüsusilə iqtisadi əlaqələrin üfüqü barəsində bunları deyib: “Həm Ermənistan, həm də İran bir-biri ilə münasibətlərə daha dərindən baxmalı və əvvəlki, 30 illik ehtiyatlı siyasətdən uzaqlaşmalıdır: çünki onun istifadə müddəti bitib. Biz praqmatizm mərhələsinə daxil olmalıyıq: Çünki yalnız o zaman İran-Ermənistan münasibətlərinin gələcəyi, xüsusən də iqtisadi məsələlər çiçəklənə bilər. Xoşbəxtlikdən, Ermənistan cəmiyyətinin əksəriyyəti İrana müsbət yanaşır və İran Ermənistandakı o vaxtkı konsulunun 1918-1920-ci illər arasında ermənilərə etdiyi yaxşılığı ermənilər heç vaxt unutmayıb və unutmayacaqlar: Çünki məhz İran konsulunun sayəsində bir çox erməni ziyalıları və yazıçıları İran pasportu əldə etməklə Sibir cəhənnəmindən xilas olmuş, sonralar İranda dəyərli xidmətlər göstərə bilmişlər”.

Mövcud statistik məlumatlara görə, 2014-cü ildə İranın Ermənistanla xarici ticarətinin həcmi 2002-ci illə müqayisədə cəmi 20% artıb, halbuki, həmin dövrdə Ermənistanın dünya ilə xarici ticarətinin həcmi 4 dəfə çoxalıb. 2002-2014-cü illər ərzində İranın Ermənistana ixracı İranın Ermənistandan idxalının dəyərini üstələyib. İki ölkə arasında xarici ticarətin ümumi həcmi 142 milyon dollar olub. 103 milyon dollarlıq ticarət balansı İranın xeyrinədir. İranın xarici ticarətində Ermənistanın payı 2014-cü ildə 0,2%-dən azdır. Ticarət sektorunda hələ də İranın post-sanksiyalar dövründə gücləndirilə bilən əməkdaşlıq potensialı var.

Related Articles

Bir cavab yazın

Back to top button