Azərbaycanİran

Təbriz memarlıq məktəbinin yadigarı: Göy məscid

Göy məscid Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biridir.

Abidədə yüzilliklərin yetkinləşmiş bədii memarlıq üslubu, məscid planının ustalıqla hazırlanması, kompozisiya kamilliyi, Azərbaycan memarlığında geniş yayılmış motiv və formaların yüksək bədii tərzdə yaradılması, zəngin memarlıq bəzəyindəki nəfislik əks olunmuşdur.

Qaraqoyunlular dövrünün yadigarı, vaxtilə böyük və əzəmətli memarlıq kompleksindən ibarət olan bu tikili hazırda xarabalığa çevrilib. İnşası zamanı 52 metr uzunluğunda olmuş baş fasadın qarşısında geniş həyət vardı. Arkadalı hasara alınmış məscid həyətində hovuz olmuşdur.

Related Articles

Bir cavab yazın

Back to top button