AzərbaycanDünya

Kadri Simsonun Azərbaycana səfəri çərçivəsində iki sənəd imzalanacaq

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonun Azərbaycana səfəri çərçivəsində əməkdaşlığa dair iki sənəd imzalanacaq.

Bu barədə “APA-Economics” Avropa Komissiyasının rəsmi məlumatına istinadən xəbər verir.

Qeyd olunur ki, Kadri Simson martın 1-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının onuncu nazirlər iclasında və Yaşıl Enerji Məşvərət Şurasının ikinci iclasında iştirak edəcək.

Məlumata görə, komissar Kadri Simson, həmçinin Energetika Nazirliyi ilə “Elecnor” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun və Azərbaycan Bərpa Olunan Enerji Agentliyi ilə “Wind Europe” (Avropa Külək Enerjisi Assosiasiyası) arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunın imzalanmasında iştirak edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button