Site icon Aznews TV

100 illiyi münasibəti ilə DR. Məhəmmədtağı Zehtabi haqqında məqalə yarışmasına start verilib

Elana əsasən məqalələr 4 kategoriya üzrə ola bilər.

1- DR. Zehtabinin (Kirişçi) həyatı (Milli Hökumət zamanı və sonrakı yaşamı, Siberdə sürgün həyatı, Bakı və Bağdad universitetlərində müəllimlik illəri, diaspor həyatı, İrana dönüşü və Təbriz Universitetində müəllimlik illəri, həbsdə həyatı, 1986-cı ildən sonra məxfi fəaliyyətləri, Milli Hərəkata təsirləri və şübhəli ölümü)

2- Zehtabinin əsərləri: yazdığı kitablar, axtarıb toplayaraq ərsəyə gətirdiyi əsərlər, yazdığı məqalələr və əsərlərinin müqayisəli araşdırılması.

3- Zehtabi xatirələrdə: şəxsi münasibətləri, xatirələrdə qalan Zehtabi və ya haqqında eşidilib duyulanlar.

4- Zehtabinin Azərbaycan Milli Hərəkatında rolu.

Birinci yeri tutana 10 milyon tümən, ikinciyə 8 və üçüncüyə 6 milyon tümən mükafat veriləcəyi təyin edilib.

Elanda ödül sponsorlarına təşəkkür olunaraq onların adlarının məqalələr toplusu kitabında qeyd olunacağı bildirilib.

Həmçinin yarışa qatılmaq istəyənlər 2024-cü ilin yanvar ayının 12-dək azcivicnation1@gmail.com elektron poçt vasitəsiilə qeydiyyata düşə bilər.

Məqalələrin göndərilməsinə gələn ilin mart ayının 19-dək fürsət verilib.

Yarışma haqqında ayrıntılar yanvarın 14-ü və 20-də canlı olaraq internet vasitəsi ilə bildiriləcək. Məqalələr Azərbaycan dilində olmalıdır.

Elanda yeni məlumat üçün “azcivicnation” İnstaqram hesabının izlənilməsi və elanın paylaşılması xahiş olunub.

Exit mobile version