Elana əsasən məqalələr 4 kategoriya üzrə ola bilər.
1- DR. Zehtabinin (Kirişçi) həyatı (Milli Hökumət zamanı və sonrakı yaşamı, Siberdə sürgün həyatı, Bakı və Bağdad universitetlərində müəllimlik illəri, diaspor həyatı, İrana dönüşü və Təbriz Universitetində müəllimlik illəri, həbsdə həyatı, 1986-cı ildən sonra məxfi fəaliyyətləri, Milli Hərəkata təsirləri və şübhəli ölümü)
2- Zehtabinin əsərləri: yazdığı kitablar, axtarıb toplayaraq ərsəyə gətirdiyi əsərlər, yazdığı məqalələr və əsərlərinin müqayisəli araşdırılması.
3- Zehtabi xatirələrdə: şəxsi münasibətləri, xatirələrdə qalan Zehtabi və ya haqqında eşidilib duyulanlar.
4- Zehtabinin Azərbaycan Milli Hərəkatında rolu.
Birinci yeri tutana 10 milyon tümən, ikinciyə 8 və üçüncüyə 6 milyon tümən mükafat veriləcəyi təyin edilib.
Elanda ödül sponsorlarına təşəkkür olunaraq onların adlarının məqalələr toplusu kitabında qeyd olunacağı bildirilib.
Həmçinin yarışa qatılmaq istəyənlər 2024-cü ilin yanvar ayının 12-dək [email protected] elektron poçt vasitəsiilə qeydiyyata düşə bilər.
Məqalələrin göndərilməsinə gələn ilin mart ayının 19-dək fürsət verilib.
Yarışma haqqında ayrıntılar yanvarın 14-ü və 20-də canlı olaraq internet vasitəsi ilə bildiriləcək. Məqalələr Azərbaycan dilində olmalıdır.
Elanda yeni məlumat üçün “azcivicnation” İnstaqram hesabının izlənilməsi və elanın paylaşılması xahiş olunub.