Azərbaycan

Azərbaycan-Türkiyə birgə manovrunun başlamasından iki gün sonra İran da Xəzər dənizində manovra başladı

İran ordusunun Dəniz Qüvvələri ötən gün, 30 juən çərşənbə Xəzər dənizində “Davamlı Əmniyət-1400” adlı manovra başlayıb.

İran Silahlı Qüvvələrinin Ümumi İlişkilər bölməsindən verilən məlumata görə, nizami dəniz manovruna “raket atan kiçik gəmilər, sabit qanadlı uçaqlar, helikopterlər, dəniz pəhpadları və elektronik döyüş sistemləri ilə birlikdə dəniz qüvvələrinin müxtəlif növ səthi və uçuş birləşmələri, habelə İran ordusunun Dəniz Qüvvələrinin dəniz piyadaları və təkavər bölmələri qatılıb”.

Dəniz manovru İranın Xəzər dənizindəki yüzdə 20 hissəsində təxminən 77 min kilometr-murəbbə ərazidə həyata keçirilir və manovr zamanı İranın ərazi sularını qorumaq üçün hücum və müdafiə və bağlantı xətlərinin qorunması icra edilir.

İranın nizami manovru “Mustafa Kamal Atatürk 2021” adı altında Bakıda keçirilən Azərbaycan-Türkiyə birgə manovrunun başlamasından iki gün sonraya təsadüf edir.

Related Articles

Bir cavab yazın

Back to top button