Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

18 mart – Çanaqqala zəfərindən 106 il ötür

Bu gün Çanaqqala zəfərinin 106-cı ildönümüdür. 18 mars bir millətin bütün gücünü meydana qoyaraq zəfər qazandığı şərəfli bir döyüşün- Çanaqqala döyüşünün anım günüdür. Həmin vaxt türklər Çanaqqala boğazında müttəfiq Avropa dövlətlərinə qarşı aparılan mübarizədə qələbə qazanıblar. Çanaqqala savaş I Dünya Müharibəsi dövründə – 1915-1916-ci illərdə Osmanlı dövləti ilə “Üçlər birliyi” adlandırılan müttəfiq Avropa dövlətləri arasında aparılan dəniz və quru döyüşüdür. Birləşmiş dövlətləri Osmanlının paytaxtı İstanbulu alaraq boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı əməkdaşlıq və nizami ticarət yolu açmaq, Almaniyanı zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazını seçirlər. Ancaq bu hücum uğursuz olub və hər iki tərəf çox ağır itkilər verib. Nəticədə müttəfiq Avropa dövlətləri geri çəkiliblər. 1915-ci il fevriyənin 19-da Fransa qüvvələri ilə İngiltərənin “Yelizaveta” döyüş gəmisi Osmanlı sahil qüvvələrini bombalayaraq Çanaqqalaya ilk dəfə hücuma keçiblər. Admiral da Robekun tabeliyində olan ən azı 16 döyüş gəmisindən ibarət nəhəng donanma Çanaqqalanı keçməyə çalışıb. Döyüşdə bir neçə ingilis və fransız döyüş gəmisinə böyük ziyan dəyib. İngilis donanmasının məğlub olması Osmanlı əsgərlərinə qüvvət verib. Müttəfiq dövlətlər bu ağır itkilərlə Çanaqqalanı dəniz yolu ilə keçə bilməyəcəklərini anlayıblar. Yarımadaya çıxaraq Osmanlı qüvvələrini qurudan məğlub etməyi planlaşdırsalar da, buna müvəffəq olmayıblar. Bu tarixi qələbə 250 min Osmanlı əsgərinin şəhid olması bahasına əldə edilib. Türkiyə Cümhuriyyətinin qurulmasından sonra ölkə parlımanının qərarı ilə hər il marsın 18-i “Çanaqqala Zəfəri”nin ildönümü kimi qeyd edilir. Xatırladaq ki, Çanaqqala savaşında 3 mindən artıq azərbaycanlı əsgər də şəhid olub. Çanaqqala şəhidlərini qürur və ehtiramla yad edirik!!!

Related Articles

Bir cavab yazın

Back to top button