AzərbaycanDünya

“Azerbaijan News” TV “Azərspace”də yayıma başlayıb

“Azerbaijan News” TV Azərbaycan Cümhuriyyətinin mahvarəsi olan “Azərspace”də yayıma başlayıb. Artıq Güney Azərbaycanın “Azerbaijan News” televiziyonu Azerspace-1, 46E Fr: 11093 MHz Pol: V S/R: 4445 FEC: 3/4 ünvanında da izləmək mümkün olacaq. Öz yayım fəaliyyətini genişləndirən telekanal 2019-ci ilin juən ayında təsis edilib. Güney Azərbaycan və dünya türklərini bilgiləndirmək siyasəti yürüdən, geniş izləyici kütləsi olan ANT ən son yenilikləri ekranlarımıza daşımağa davam edir. Burada izləyicilərə siyasət, incəsənət, mədəniyyət, tarix, iqtisadiyyat, analitik proqram və ən son xəbərlər təqdim edilir. Telekanalı mahvarə ilə bərabər, aznews.tv saytı və ictimai şəbəkə hesabları vasitəsilə də izləmək mümkündür. Xatırladaq ki, “Azerbaijan News” TV 2019-cu ildən bəri Yahsat 52.5 Fr: 11958 MHz Pol: V S/R: 27500 FEC: 7/8 ünvanında da fəaliyyətini davam etdirir.

Related Articles

Bir cavab yazın

Back to top button